UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qalmaqallı hərəkəti ilə gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, o, komandasının vurduğu ilk qol zamanı qeyri-etik jest edib.Argentinalı çalışdırıcının bu hərəkəti dünya mediasının gündəminə çevrilib.
Məşqçi özü isə bu hərəkətə oyundan sonra aydınlıq gətirib. Simeone hərəkəti rəqibi qıcıqlandırmaq üçün etmədiyini deyib: “O jesti rəqibə ünvanlamamışdım. Belə bir hərəkəti futbol oynadığım zaman “Latsio” – “Bolonya” görüşündə də etmişdim. Bunu təkrarlamaqda məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi. Sadəcə, azarkeşlərimizə bir müraciətim idi. Bilirəm ki, bu jesti müsbət adlandırmaq olmaz, ancaq belə etməli olduğumu düşündüm”.