"Keşlə”in hücumçusu XVII turun ƏN YAXŞISI SEÇİLDİ

15:19 21 Fevral 2019

Topaz Premyer Liqada XVII turun ən yaxşı futbolçusu məlum olub.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, "InStat”ın təhlilinə əsasən, bu, "Keşlə”in hücumçusu Amil Yunanovdur.

 

"Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolla yadda qalıb. Araşdırmalara əsasən Amil Yunanov turun ən yaxşı indeksə malik futbolçusudur.

 

Qeyd edək ki, "Keşlə" -  "Sumqayıt" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti