Dünya ulduzları martda Bakıya gələcək

17:21 21 Fevral 2019

Martın 3-də, saat 12:30-da Bakıda Avropa liqası finalına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər. Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yerju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. 

 

Qarşılaşma hər kəs üçün açıq olacaq. 


Digər xəbərlər

Xəbər xətti