"Çox pis oynadıq. Rəqibdən çəkindik, sanki doğma meydanda oynayan biz deyildik”.
Sportarena.az xəbər verir ki, bu sözləri futsal üzrə U-19 millimizin baş məşqçisi Ağatahir Əzimov deyib.
Bu gün ikinci dəfə Türkiyə yığması ilə qarşılaşan komandamız 1:10 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına açıqlama verən Əzimov fikirlərini bölüşüb:
"Məşqdə etdiklərimizi oyunda göstərə bilmədik. Razıyam, fiziki cəhətdən rəqibdən geri qalırdıq. Ancaq verdiyim tapşırıqları da uşaqlar tətbiq edə bilmədilər. Seçim imkanımız məhduddu".
Qeyd edək ki, iki komanda arasındakı ilk yoldaşlıq oyunu da Türkiyənin qələbəsi ilə yekunlaşmışdı – 5:3.