“Qarabağ” 3, “Neftçi” 5 qolla qalib gəldi

21:11 22 Fevral 2019

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib. Səfərdə “Şüvəlan”la qarşılaşan “Qarabağ”ın əvəzediciləri inamlı qələbəyə sevinib. “Neftçi”nin əvəzediciləri isə “Turan Tovuz”la səfər matçında darmadağına imza atıb.

 

“Səbail-2” evdə “Keşlə-2”, “Zaqatala” isə səfərdə “Kəpəz” üzərində qələbə qazanıb.

 

Birinci Divizion
16-cı tur
22 fevral

Səbail-2 – Keşlə-2 2:1
Qol: Xəzər Mahmudov, 33. Aslan Hüseynov, 82-pen – Emin Quliyev, 12.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Elman Kərimov, Elçin Məsiyev
Bakı. “Bayıl Arena”.

Şüvəlan – Qarabağ-2 1:3
Qol: Azər İsmayılov, 77 – İsmayıl İbrahimli, 27. Musa Qurbanlı, 59; 72.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Səbuhi Əmrahov, Nahid Xasıyev.
“AZAL Arena”

Turan Tovuz – Neftçi-2 1:5
Qol: Sənan Qocayev, 61 – Elvin İmanlı, 25; 53. Nihad Qurbanlı, 33. Muxtar Əliyev, 64. Elnur Süleymanov, 76.
Qırmızı vərəqə: Rəhman Daşdəmirov, 86 (“Neftçi-2”)
Hakimlər: Rövşən Rəcəbov, Rahil Ramazanov, Taleh Məmmədov, Nail Nağıyev.
Tovuz şəhər stadionu

Kəpəz – Zaqatala 1:2
Qol: Eltac Mirzəyev, 29 – Kamal Dənziyev, 12. Fuad Bayramov, 85.
Hakimlər: Ziya Nəsirov, Nahid Əliyev, Zöhrab Abbasov, Vüqar Həsənli.
Gəncə şəhər stadionu

 

Turun digər oyunları:

Sumqayıt-2 – Ağsu 5:0
Zirə-2 – MOİK 2:4
Sabah-2 – Qaradağ Lökbatan 1:0


Digər xəbərlər

Xəbər xətti