"Qəbələ"dən 8 cavabsız qol

12:24 23 Fevral 2019

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.

 

Sportarena.az xəbər verir ki, U-19 səfərdə “Səbail”lə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” liderliyini möhkəmlədib. “Qəbələ” 19 oyunda 51 xal toplayıb.

 

Qış fasiləsindən sonra ilk matçına çıxan U-17 “Səbail”i qəbul edib. 4:1 hesablı qələbə qazanan “Qəbələ” 13 matçdan sonra 24 xalla 5-cidir.

 

“Turan Tovuz”un qonağı olan U-16 rəqib meydanında 8 cavabsız qol vurub. 19 görüşdə 49 xal yığan “qırmızı-qaralar” yarışın lideridir.

 

U-15 ev qarşılaşmasında “Zirə”ni məğlub edib - 2:1. 16 oyunda 42 xal toplayan “Qəbələ” 2-ci sırada qərarlaşıb.

 

Paytaxt zonasında çıxış edən U-14 “Səbail” üzərində qələbə qazanıb – 1:0. 16 görüşdə 36 xal yığan bu komanda 3-cü pillədədir.

 

Eyni zonada mübarizə aparan U-13 “Neftçi” PFK-nı məğlub edib – 3:2. 17 matçdan sonra 24 xala malik “qırmızı-qaralar” 8-ci sırada yer alıb.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında sözügedən klubun 2 komandası qüvvəsini sınayır. UGİM “Qəbələ” UGİM-ə (Yevlax) 3:0, “Qəbələ” UGIM “Rabitəçi”yə (Yevlax) 6:0 hesabı ilə qalib gəlib. 15 matçdan sonra “Qəbələ” 45 xalla 1-ci, UGİM “Qəbələ” 29 xalla 2-cidir. Eyni zona üzrə mübarizə aparan U-11 UGİM “Rabitəçi”nin (Yevlax) qapısından 10 cavabsız qol keçirib. 13 oyunun hamısında qalib gələn “qırmızı-qaralar” 1-ci pillədə qərarlaşıb.

 

U-10 Liqasında da “Qəbələ”nin iki komandası mübarizə aparır. UGİM (Qəbələ) UGİM “Rabitəçi”ni (Yevlax) 3:0, “Qəbələ” isə UGİM-i (Yevlax) 7:0 hesabı ilə yenib. 15 oyun keçirən komandalardan “Qəbələ” 45 xalla 1-ci, UGİM 24 xalla 2-cidir.


Digər xəbərlər

Xəbər xətti