Sənan Qurbanov: "Bizə belə oyun tərzi lazım deyil"

16:44 23 Fevral 2019

Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qarşılaşmanı şərh edib. Qurbanov heç-heçəni ədalətli hesab edib:

 

“Keşlə” ilə öz meydanımızda qarşılaşdıq. Bu görüşdə qalib gəlmək istəyirdik. Matça hazırlaşmışdıq, futbolçulara tapşırıqlarımızı vermişdik. Qalib gələ bilmədiyimizə təəssüflənirik. Birinci hissədən tam narazıyam. İkinci yarıda komanda nisbətən hərəkətli idi. İmkanlarımız da oldu. Həm qələbə qazana, həm də uduza bilərdik. Bu matç üçün heç-heçə ədalətli nəticə idi. Bizə belə oyun tərzi lazım deyil. Bəzi epizodları yaxşı kimi qeyd etmək olsa da, ümumilikdə oyundan narazı qaldım. Futbolçulara aşılamağa çalışdıq ki, əvvəlki matçı unutmaq lazımdır. Ola bilər ki, keçən turdakı oyundan razı qaldıq. Bu dəfə daha istəkli komanda gözləyirdim”.


Digər xəbərlər

Xəbər xətti