AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport”da “Təkbətək” verilişinin qonağı olub
Sportarena.az xəbər verir ki, baş katib azarkeşlərdən gələn sualları cavablandırıb.
- Milli komandaya xarici məşqçilər gəlməkdənsə, öz məşqçilərimizə şans vermək olmazdı?
- Bu geniş mövzudu. Mən də geniş cavab verəcəm. Ötən mövsüm komandanın baş məşqçisi yerli idi. Ondan öncə isə əcnəbi baş məşqçilər olub. Hazırda ən uğurlu Qurban Qurbanov idi. Elə bu səbəbdən milli komanda ona tapşırıldı. Milli komandanın xərcləri eynidi. İstər yerli olsun, istər əcnəbi. Standart eyni olur. Təbii ki, dünyaca səviyyəli bir baş məşqçi gətirsək, onun maaşı çox yüksək olur. Lakin bugünkü məşqçi özü nəyisə sübut etmək istəyir. Biz bütün bunları təhlil etmişik. Bazarda 3 kateqoriyalı məşqçilər var. Daha çox köməkçi məşqçi olanlara üstünlük veririk. Bunların maaşı daha da az olur. Çünki onların uğur qazanmaq üçün daha çox arzusu olur. Prosineçkini buna misal göstərə bilərik. O da köməki məşqçi kimi gəlmişdi. O, milli komandaya inamı qaytardı. Bizdən sonra Bosniyada fəaliyyətini davam etdirir.
- Yurçeviç son iki turda stadionlarda yox idi. AFFA onun belə bir vaxtda gedişinə niyə icazə verib ? Bir də onun təyinatını gec sayırsınız?
- Etiraf edək ki, bu qərar biraz gec oldu. Dekabr aynda məşqçi təyin etmək çətin olur. Bütün Avropa bayrama çıxır. Buna görə də biz bütün dekabr ərzində təhlillər etdik. Yanvar ayında olsa daha yaxş olardı. Bu müddətdə Bakıda və xaricdə namizədlərlə görüşdük. Biz onu Bakıya dəvət edəndə özü qeyd etdi ki, həftəsonu gəlim, həm də oyunlara baxa bilim. Bu da bizim üçün müsbət bir addım sayıldı. O, oyunlara getmədən öncə futbolçuların adlarını və soyadlarını bilirdi. Hətta xaricdəki məşqçilərlə də danışmışdı. Daha sonra Yurçeviçi Bakıya dəvət etdik. İcraiyyə Komitəsində ona çoxlu suallar verildi. Sonra qərar verildi. O, hazırda Bakıdadır.
- Yurçeviçin təqdimetmə mərasimində sizi görə bilmədik...
- Onu deyim ki, İK-nin qərarından sonra növbəti gün mərasim oldu. AFFA rəhbərliyi orda olsaydı, başqa sahələrdən də sullar olacaqdı. Biz istədik diqqətlər hamısı milli komandanın üzərində olsun.
- İlk oyunumuz martın 21-də Xorvatiyaya qarşı olacaq. Nə düşünürsünüz, final mərhələsinə vəsiqə qazana biləcəyik?
- Çətindi, amma məqsəddi. Biz bu məqsədi baş məşqçinin qarşısına qoymuşuq. Danışıqların birinci cümləsi bu olub. Biz milli komandamızı final mərhələsində görmək istəyirik. İlk şansımızı təəssüf ki, itirdik.
- Seçmə mərhələnin bəzi oyunları “Bakcell Arenada” oynanacaq. "Tofiq Bəhrəmov"da niyə oynamırıq ?
- Bu gün biz maliyyə xərclərində məsulliyət daşıyırıq. “Tofiq Bəhramov” bizim balansımızda deyil. Ona görə də burda oynaya bilmirik. Bunun üçün vergilər daxil olmaqla 50 min vəsait ödəməliyik. Eyni zamanda məşqlər üçün də ödəniş olunmalıdı. “Bakcell Arena” isə AFFA-nın balansındadı.
- Bu qədər maliyyə gücümüz var. Niyə futbolumuz günü gündən geriləyir ?
- Son Millətlər Liqasındakı nəticələr azarkeşləri məyus etdi. Bu turnir bizim üçün real şans idi. Biz də məyus olduq. Hansısa oyunlarda uğur, ustalıq bizim tərəfdə olmadı. Daha asan şansı itirdik. Milli komandaya baxanda daha yaxşı nəticə qazandığımızı vaxtlar olub. Berti Foqtsun vaxtında 9, Prosineçkinin vaxtında 10 xal toplamışdıq. 4-cü oyundan sonra isə 7 xalımız var idi. Ümid edirəm ki, daha yaxşı nəticə qazana biləcəyik. Biz nəticədən razı deyilik. O vaxt razı olarıq ki, finallarda iştirak edərik. Klubları götürsək, üç klubumuz Avropa arenasında uğurlu çıxış edib. Yəni bu da bir stabillikdi. Bizim daxili çempionatımız bəyənilməsə də, nəticə olaraq daha müsbət nəticələr var. Bunu etiraf etməliyik. Təbii ki, biz daha yaxşı nəticə qazanmalıyıq. Nəticələr legioner limiti tətbiq edildikdən sonra gəldi. Biz 11 legionerlə nəticə qazanmırıq.
- Qurban Qurbanovla 6 illik müqavilə bağlanıldığı deyilirdi. Amma bir ildən sonra razılıq pozuldu. Bu Millətlər Liqasında uğursuzluqdan sonra oldu ?
- İK qərarı heç vaxt hisslərlə vermir. Bu geniş təhlil və müzakirələrdən sonra verilir. Bəli, Qurbanovla müqavilə imzalayanda o, ən böyük uğur qazanan baş məşqçi idi. Qərarın təməli klub və milli komanda olmalı idi. Biz bunu müzakirə etdik ki, iki yerdə çalışmaq mümkün deyil. Lakin Qurban müəllim cəsarət göstərərək, məsuliyyəti öz üzərinə götürdü. Bu təklifi qəbul etdiyi üçün ona təşəkkür düşür. Biz onunla uzunmüddətli düşünürdük. Qısa zamanda çoxlu oyunlar başladı. Bir müddət sonra çempionat oyunları, avrokubok və milli komandanın oyunları. Və qrafik sıx oldu. Millətlər Liqasında birinci yeri tutmayanda biz düşündük ki, həm klubu, həm millini itirə bilərik. Ötən il “Qarabağ” ÇL-də yaxşı nəticlər qazandı. Növbəti il isə AL-də oynadıq. Bu müqayisədə bir pillə geriləmə idi. Bu da İK-də şübhə yaratdı ki, klubu da itirə bilərik. Biz yalnız milli komandanı düşünmürük. Eyni zamanda klubları da düşünməliyik.
- Niyə istefa vermirsiniz?
- Mənim müqaviləmə xitam vermək İK və rəhbərliyin sərəncamındadı. Rəhbərlik nə vaxt belə düşünsə, mən buna hörmətlə yanaşaram. Bu onların səlahiyyətindədi. Mən özüm futbolla yaşayan biriyəm. Qarşıda müxtəlif lahiyələrim var. Onları həyata keçirmək istəyirəm. Mən hər gün işə böyük bir arzu ilə gəlirəm. Mən bu idman növünü çox sevirəm.