AFFA Tovuzda futbol akademiyası yaratmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu haqda qurumun baş katibi Elxan Məmmədov məlumat verib. "CBC Sport” telekanalında "Təkbətək” verilişinin qonağı olan Məmmədov belə deyib: "Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq”.
Yeni mövsümdən fəaliyyətə başlayacaq akademiya ilə bağlı AFFA-da "Turan"ın rəsmiləri - Oqtay Abdullayev və Nadir Nəbiyevlə görüş keçirilib: "Akademiyanın qurulması üçün müvafiq tapşırıq verilib və artıq iki məkan seçilib. Növbəti mövsümdən bunun fəaliyyətinin başlanması nəzərdə tutulub".