““Keşlə”də Zaur Axundov məşqçinin bütün işlərinə müdaxilə edirdi” - MÜSAHİBƏ

12:07 26 Fevral 2019

“Keşlə”nin sabiq özbəkistanlı hücumçusu Bahodır Nasimov ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, o, Azərbaycan klubundan ayrılmasına və bir çox başqa məqamlara aydınlıq gətirib. 

 

-    Azərbaycandan müqaviləniz bitməmiş niyə döndünüz?

-    Daim ehtiyatda qalırdım. Az hallarda oynamaq şansı əldə edirdim. Bu da xoşuma gəlmirdi. O səbəbdən komandadan ayrılmaq qərarı verdim. Məşqçi isə demək olar ki, məni silmişdi. 

-    Məşqçi ilə probleminiz var idi?

-    Son 6 ayda komanda 3 məşqçi dəyişdi. Ən böyük problem klub rəhbərliyi ilə bağlı idi. O, məşqçinin bütün işlərinə müdaxilə edirdi. Demək olar ki, oyunlar zamanı start heyəti də klub prezidenti (Zaur Axundovu nəzərdə tutur) müəyyənləşdirirdi. Mənə demək olar ki, son dəqiqələrdə icazə verilirdi. 

-    Klubun sizə borcu qaldı?

-    Yox, bütün pullarımı aldım. Müqaviləmin ləğvi barədə sənədləri də götürdüm. 

-    Azərbaycana növbəti səfəriniz uğursuz alındı?

-    Tamamilə uğursuz oldu. Mən komandaya uyğunlaşa bilmədim. Amma məşçi 4-5 oyun meydana çıxmaq şansı versə idi, özümü sübut edərdim. Həmçinin “Keşlə” mənim düşündüyüm qədər güclü klub deyildi. Uğursuzluq səbəbim də oynamamağımdır. 

-    Azərbaycanda başqa klublardan təklif olmadı?

-    Yox.


Digər xəbərlər

Xəbər xətti