Millimizin baş məşqçisi Nikola Yurçeviç Bakıdadır.
Sportarena.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı bazar ertəsi səhər tezdən paytaxtımıza çatıb. Təxminən iki həftə vətənində olan Yurçeviç "Bulvar” oteldə məskunlaşıb.
Qeyd edək ki, Yurçeviç Bakıda həyat yoldaşı Marina Yurçeviçlə birlikdə yaşayacaq.