Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in baş məşqçisi Marko Antverpen millimizini üzvü Rüfət Dadaşovla bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, mütəxəssis son 10 oyunda qol vurmayan hücumçunun performansındakı enişini məntiqli hesab edir: "Rüfətdən başqa daha bir hücumçumuz var. Kiril Akonoya sahib olmaq yaxşıdır. Ancaq o, hələ tam peşəkar səviyyədə deyil. Dadaşovun bura 4-cü liqadan gəlib. O,hazırda Azərbaycan millisinin də üzvüdür. Oyununda enişin olması məntiqlidir".
Qeyd edək ki, Dadaşov mövsümün əvvəlindən "Proyssen"dən çıxış edir.