Mirça Luçeskunun istefasından sonra boş qalan Türkiyə milli komandasının baş məşqçisi postuna Şenol Günəş gətirilib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Təcrübəli çalışdırıcı ilə 4 illik müqavilə imzalanıb. Sözləşmə 1 aprel tarixindən qüvvəyə minəcək. Müqavilənin müddəti 2020-ci il Avropa çempionatını və 2022-ci ildə keçiriləcək dünya çempionatını əhatə edəcək.
Şenol Günəş “Beşiktaş”dakı işini isə mövsümün sonunda bitirəcək.