I Divizion: "Neftçi"dən darmadağın, "Ağsu" öz meydanında uduzdu

19:00 1 Mart 2019

I divizionda XVII turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə "Neftçi-2" doğma meydanda "Zirə-2"ni darmadağın edib. "Kəpəz" səfərdə "Qaradağ Lökbatan"a 1:0 hesabı ilə qalib gəlib. "Turan Tovuz" eyni hesabla rəqib meydanında "Zaqatala"ya uduzub. "Ağsu" - "Səvail-2" oyununda 7 qol vurulub və qonaqlar qələbə qazanıb - 3:4.

 

 

I divizion

2018/19 mövsümü

II dövrə, XVII tur

 

1 mart

Neftçi-2 - Zirə-2 5:0

Qollar: İsmayıl Zülfüqarlı, 29. Elnur Süleymanov, 62. Seymur Əliyev, 75. Əlibəy Məmmədli, 82. Əsgər Hüseynov, 87.

 

Qaradağ Lökbatan - Kəpəz 0:1

Qol: Talıb Rzayev, 71.

 

Zaqatala - Turan Tovuz 1:0

Qol: Rəhman Şabanov, 88.

 

Ağsu - Səbail-2 3:4

Qollar: Elnur Səmədov, 10; 55. Kənan Əşrəfli, 52 - Ramil Orucov, 20. Xəlil Bəşirov, 25; 43. Təyyar Məmmədov, 42.


Digər xəbərlər

Xəbər xətti