Fatih Terim "Qalatasaray"ın prezidenti olmaq istəyir?

11:05 2 Mart 2019

“Qalatasaray”la müqaviləsini 2024-cü ilə qədər uzadan Fatih Terimlə bağlı maraqlı iddia ortaya atılıb.

 

Sportarena.az xəbər verir ki, 65 yaşlı mütəxəssisin 2024-cü ildən sonra məşqçi işləməyəcəyi, “Qalatasaray”ın prezidenti olmaq üçün namizədliyini irəli sürəcəyi bildirilir.Həmin tarixə qədər erkən seçki keçirilməzsə, Terim 5 il sonrakı seçkilərdə iştirak etmək üçün hazırlaşacaq.

 

Bu iddia “Cimbom” azarkeşləri arasında böyük sevinclə qarşılanıb. Onlar Terimə dəstək mesajları yazıblar və klubun prezidenti kimi görmək istədiklərini vurğulayıblar.


Digər xəbərlər

Xəbər xətti