Rusiya Premyer Liqasında XVIII turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” "Lokomotiv"in (Moskva) qonağı olub.
Matç 2:2 hesabı ilə başa çatıb. Şeydayev start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 69-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, millimizin üzvünün Premyer Liqadakı ilk qolu olub.
Qeyd edək ki, "Krılya Sovetov” hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb.