Türkiyədə futbolçu rəqib oyunçulara lezva ilə hücum etdi - FOTOLAR + VİDEO

14:20 4 Mart 2019

Türkiyənin 2-ci liqasının oyununda dəhşətli hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, "Ademspor" - "Sakaryaspor" qarşılaşmasında meydan sahiblərinin futbolçusu Mansur Çalar meydana əlində gizlətdiyi ülgücə bənzər kəsici alətlə çıxıb.

 

O, qarşılaşmanın gedişində "Sakaryaspor"un futbolçularından Haı Ömər, Fərhat Erişçi, Tevfiq Köse və Dilavər Güclüyə müxtəlif dərəcəli xəsarətlər yetirib. 

 

"Sakaryaspor"un baş məşqçisi İsmail Ertekin oyundan sonra canlı yayıma bağlanaraq dəhşətli hadisəni təsdiqləyib və futbolçulardan birinin şah damarına yaxın yerdən xəsarət aldığını bildirib.

 

 



Digər xəbərlər

Xəbər xətti