“Zirə” tarixində 20-ci ev heç-heçəsinə imza atıb.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, bu yubiley bərabərliyi Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” ilə matçına təsadüf edib. 1:1 hesablı “sülh” klub tarixinin 78-ci ev qarşılaşmasındakı 20-ci heç-heçə kimi yadda qalıb. Bunlardan 16-sı Premyer Liqa, 3-ü Birinci Divizion, 1-i UEFA Avropa Liqasına təsadüf edib.
Zirə İdman Kompleksində komandanın qoluna imza atan İsmael Fofana “qartallar”ın heyətində ilk dəfə fərqlənib. Qol hesabını açan afrikalı legioner “Zirə”nin tarixinə rəqib qapısına yol tapan 54-cü oyunçu kimi daxil olub. O, bunu Premyer Liqada bacaran 32-ci futbolçudur.