“Qarabağ”ın futbolçusu Araz Abdullayev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Sportarena.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XIX turunun “Keşlə” ilə səfər qarşılaşmasına təsadüf edib. Araz 30-cu qoluna 183-cü oyununda imza atıb. Abdullayev “Neftçi”də 163 oyunda 28, “Qarabağ”da 11 matçda 2 qol vurubsa, yalnız 9 dəfə heyətində meydana çıxdığı “Qəbələ”də fərqlənə bilməyib.
Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 87-ci futbolçu olub. O, qol sayında Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.