Slavik Alxasovun 200-cü oyunu

16:33 4 Mart 2019

Topaz Premyer Liqasının XIX turu “Keşlə”nin futbolçusu Slavik Alxasov üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”la görüş (0:1) 26 yaşlı müdafiəçinin Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyunu kimi yadda qalıb. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Alxasov bu müddətdə 11 qol vurub. 

 

Slavik 200 oyunu üç komandanın heyətində keçirib. Premyer Liqadakı ilk klubu “Sumqayıt” olan arxa xətt oyunçusu bu komandada 126 qarşılaşmada 3 qol vurub. “Xəzər Lənkəran”da 10 oyun keçirən Alxasov 3-cü mövsümdür indiki klubundadır. Əvvəl “İnter”, indi “Keşlə” adlanan komandada 64 matça çıxan müdafiəçi burada 8 qolun sevincini yaşayıb.


Digər xəbərlər

Xəbər xətti