Rusiya Premyer Liqasında XVIII turun simvolik komandası açıqlanıb.
Sportarena.az xəbər verir ki, "11-liy"ə milli komandamızın üzvü Ramil Şeyayev də düşüb.
"Lokomotiv"lə Moskvadakı qarşılaşmada "Krılya Sovetov"u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran hücumçu görüş ərzində 52 faizlik uğurlu reytinqə malik ən yaxşı iki hücumçudan biri olub. O, matçda 2 dəfə qapıya zərbə ilə yadda qalıb ki, bunun birində toru silkələyib. Yerli KİV Şeydayevin baş məşqçi Miodraq Bojoviçin ona verdiyi şansdan maksimum yararlandığını vurğulayıb.
Qeyd edək ki, "Lokomotiv" - "Krılya Sovetov" oyunu 2:2 hesabı ilə başa çatıb.