Çexiyanın gənclər liqasında 20-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.Sözügedən kollektiv səfərdə "Dukla” (Praqa) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Nəbiyev start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.