“Gəncə - Avropanın İdman Şəhəri-2019”un açılışı oldu - FOTOLAR

18:02 5 Mart 2019

Bu gün İdman və Bədən tərbiyəsi günü çərçivəsində “Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi baş tutub.

 

Sportarena.az xəbər verir ki, tədbir Gəncədəki Heydər Əliyev Park-Kompleksində keçirilib.Gənclər və idman naziri Azad Rəhimov, MOK vitse-prezidenti Çingiz Hüseynzadə, tanınmış  idmançılar, veteran idman xadimləri, gənc idmançıların qatıldığı tədbirdə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, ehtiramlarını ifadə ediblər.

 

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən idman bayramına idman federasiyaları qatılıblar. Mərasim Heydər Əliyev Parkındakı böyük  Amfiteatrda öz işini davam etdirib.

 

“Bayramın Gəncədə keçirilməsi təsadüfi deyil. Gəncə son illər Avropanın mədəniyyət və gənclər paytaxtı, bu il isə Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən, qitənin idman şəhəri statusu alıb”, - mərasimdəki çıxışında A.Rəhimov qeyd edib.

 

Bayram proqramı incəsənət ustalarının konserti ilə işini yekunlaşdırıb.



Digər xəbərlər

Xəbər xətti