Türkiyə millisinin yeni baş məşqçisi Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq.
Sportarena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis mart ayında keçiriləcək AVRO-2020-nin seçmə mərhələ oyunlarında texniki zonada əyləşə biləcək.Türkiyə Futbol Federasiyasının bunun üçün Günəşin hazırda baş məşqçisi olduğu "Beşiktaş" klubuna müraciət etdiyi bildirilib.
Şenol Günəş fevralın 28-də yığmanın yeni baş məşqçisi təyin olunub.Daha öncə onunla imzalanan sözləşmənin iyunun 1-dən qüvvəyə minəcəyi və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcəyi açıqlanıb.
Türkiyə yığması seçmə mərhələdə martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova ilə üz-üzə gələcək.