“Beşiktaş” komandadan ayrılacaq baş məşqçisi Şenol Güneşin yerinə namizəd tapıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçinin köməkçisi Quti Hernandezi Ş.Güneşin yerinə gətirmək niyyətindədir.“Ağ-qara”lar mövsümün sonunu gözləmədən komandanı ispaniyalı sabiq futbolçuya təslim edəcək. İdarə heyəti Premyer Liqada əldə edilən nəticədən geri düşməmək üçün baş məşqçi postunu boş saxlamaq niyyətində deyil.
Şenol Güneş isə 22 və 25 martda milli komandanın Albaniya və Moldova ilə keçirəcəyi oyunlarda yığımanın başında olacaq.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis “Beşiktaş”da 4 mövsüm işləyib. Bu müddət ərzində 2 ardıcıl çempionluq yaşayan baş məşqçi “Konyaspor”la matçdan sonra öz istəyi üzərinə “Beşiktaş”dan istefa verəcək.