Nikola Yurçeviç Rüfət Dadaşovu milliyə dəvət etdi

02:53 7 Mart 2019

Almaniya III Bundesliqasında çıxış edən "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov milli komandamıza dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı hücumçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti