“Roma” baş məşqçisini qovdu - Məğlubiyyəti bağışlanmadı

02:10 8 Mart 2019

“Roma” futbol klubunun baş məşqçisi Eusebio Di Françesko istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qərar “Roma”nın Çempionlar Liqası ilə vidalaşmasından sonra qəbul edilib. Belə ki, martın 6-da 1/8 final mərhələsinin cavab oyununda “Portu”ya 1:3 hesabı ilə uduzduqdan sonra klub turnirdəki iştirakını başa vurmalı olub. 

 

Həmin oyundan sonra Di Françesko ənənəvi mətbuat konfransına da qatılmayıb. Bu səbəbdən UEFA-nın 49 yaşlı mütəxəssisi cərimələyəcəyi istisna edilmir. Di Françesko 2017-ci ilin yayından “Roma”nı çalışdırırdı. Onun rəhbərliyi altında ilk mövsümdə komanda Çempionlar Liqasının yarımfinalına qədər irəliləyə bilmiş və İtaliya çempionatında üçüncü yeri tutmuşdu. 

 

Onun yerinə mövsümün sonuna qədər klubun baş məşqçisi səlahiyyətlərini Klaudio Ranerinin icra edəcəyi gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti