Nikola Yurçeviçin maaşı RƏSMƏN AÇIQLANDI

10:35 8 Mart 2019

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç AFFA ilə müqaviləni rəsmiləşdirib. Onunla 1+2 illik anlaşma imzalanıb.

 

Sportarena.az xorvat məşqçinin ölkəmizdə alacağı maaşı da müəyyənləşdirib. Yurçeviç 1 il ərzində 1 milyon avronu cibinə qoyacaq. Bu, Robert Prosineçkiylə anlaşmanın eynidi.

 

AFFA Yurçeviçin əcnəbi köməkçilərinə əlavə pul ödəməyəcək. Onların əməkhaqqı da bu məbləğə daxildi.

 

Xəbəri AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla rəsmən təsdiqləyib. (futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti