I Divizion: "Ağsu" darmadağın oldu, "Zaqatala" qalib gəldi

19:28 8 Mart 2019

I Divizionda 18-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, "Zaqatala" səfərdə "Zirə-2"ni 2:0 hesabı ilə məğlub edib. "Ağsu" evdə "Keşlə-2"yə darmadağın olub - 0:5. "Turan Tovuz" isə "Qaradağ Lökbatan"dan üstün olub - 1:0.

 

I Divizionda turnir cədvəlinə 44 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 41 xalla 2-ci, "Neftçi-2" 36 xalla 3-cüdür.

 

 

I Divizion

8 mart

 

"Ağsu" - "Keşlə-2" - 0:5
Qollar: Oleq Hüseynov, 12, Elmir Rəhimzadə, 30, Qədir Bayramlı, 61, Salman Cəfərov, 66, Ali Alizade, 72

"Zirə-2" - "Zaqatala" - 0:2
Qollar: Cavad Kazımov, 28, Sərxan Abdullayev, 75
Qırmızı vərəqə: Kənan Müslümov, 87 ("Zaqatala")


"Turan Tovuz" - "Qaradağ Lökbatan" - 1:0
Qol: Coşqun Süleymanov, 10


7 mart

"Səbail-2" - "Qarabağ-2" - 0:2
Qollar: Elvin Cəfərquliyev, 28, Zamiq Əliyev, 28
Qırmızı vərəqə: Musa Qurbanlı, 59 ("Qarabağ")


"Şüvəlan" - "Neftçi-2" - 2:2
Qollar: Məmməd Quliyev, 22 (pen.), 38 - Muxtar Əliyev, 12, Əlibəy Məmmədli, 68
Qırmızı vərəqə: Seyxan Fərəcov ("Şüvəlan")


"Kəpəz" - "Sabah-2" - 0:1
Qol: Eldost Qiyasbəyli, 86


"Sumqayıt-2" - MOİK - 1:2
Qollar: Elvin Nəsibov, 76 - İbrahim Qədirzadə, 54, Raul Yaqubzadə, 87 (pen.)


Xəbər xətti