“Roma”nın yeni baş məşqçisi məlum oldu

00:30 9 Mart 2019

“Roma”da Eusbeio Di Françeskodan boşalan baş məşqçi postuna yeni təyinatı həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi italyan mütəxəssis Kladuio Ranyeri ilə anlaşıb.Müqaviləyə əsasən, 67 yaşlı baş məşqçi mövsümün sonuna - 30 iyun 2019-cu ilə qədər “Roma”nı çalışdıracaq.O, klubun saytına verdiyi açıqlamada yeni "Roma"ya qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

 

“Qarşıda 12 oyun var. Əsas məqsədimiz mövsümü ilk 4 pillədə başa vurmaq və Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.

 

Xatırladaq ki, Ranyeri 2009-2011-ci illərdə də “Roma”nı çalışdırıb. Onun son iş yeri “Fulhem olub. O, uğursuz nəticələrə görə 1 həftə öncə İngiltərə təmsilçisindən qovulub.

 

Qeyd edək ki, “Roma” hazırda İtaliya A Seriyasında 44 xalla 5-ci pillədədir və 4-cü pillədəki “İnter”dən 3 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti