Portuqaliya Sequndasında XXV turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, günün ilk oyununda "Eştoril" "Gimaraeş"in ikinci komandasını qəbul edib.Meydan sahibləri 1:0 hesablı qələbəyə sevinib. Azərbaycan millisinin gənc hücumçusu Renat Dadaşovun adı isə "Eştoril"in iştirak ərizəsində gözə dəyməyib.
Qeyd edək ki, xallarının sayını 44-ə çatdıran "Eştoril" turnir cədvəlində 3-cü pillədədi.