Millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələsinin oyununa və Litvayla yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç məlumat verib.Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacağını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Premyer Liqanın XXI turunadək açıqlayacağını da söyləyib.
Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.