Rusiya Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi "Spartak" "Dinamo"nun qonağı olub. Moskva derbisində "ağ-qırmızılar" meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.Sözügedən qarşılaşmada Ayaz 90 dəqiqə oynayıb. 22 yaşlı yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Dinamo" - "Spartak" - 0:1
Qol: Georgi Jikiya, 16