Azarkeşlər fitə basdı, əvəzlənməsini istədi

15:44 11 Mart 2019

Türkiyə Superliqasının 25-ci turunda “Beşiktaş” evdə “Konyaspor” üzərində 3:2 hesablı qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, matçda istanbulluların alman qapıçısı Loris Karius etdiyi səhvlərlə yadda qalıb. Qonaqların ilk qolu zamanı kobud səhv edən Kariusu yerli fanatlar fitə basıb. Qolkiper azarkeşlərin bu hərəkətinə əsəbiləşərək baş məşqçi Şenol Günəşdən onu əvəzləməsini istəyib. O, təcrübəli mütəxəssisə “oynamaq istəmirəm, məni meydandan çıxarın” deyib.  


Digər xəbərlər

Xəbər xətti