"Neftçi"nin məşqçisi cəzalandırıldı

17:50 12 Mart 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan I Divizionunun 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

I Divizionun XVIII turunun “Zirə-2” – “Zaqatala” matçında “Zirə-2” klubunun 4, “Zaqatala” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Oyunun 87-ci dəqiqəsində “Zaqatala” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4, “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

“Turan Tovuz” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub  80 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun “Səbail-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun 29 №-li futbolçusu Musa Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XVIII turunun “Şüvəlan” – “Neftçi-2” matçında “Şüvəlan” və “Neftçi-2” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur. Oyunun 60-cı dəqiqəsində “Şüvəlan” klubunun 23 №-li futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 86-cı dəqiqəsində “Neftçi-2” klubunun məşqçisi Fuad Əsədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur.

 

Xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti