Qazaxıstan Premyer Liqasında çıxış edən "Tobol" klubunun qapıçısı Emil Balayev milli komandamıza dəvət alıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.
Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoxlama matçı keçirəcək.