I Divizion: Lider qalib gəldi, "Sabah"dan darmadağın

22:13 13 Mart 2019

I divizionda XIX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

 

Lider MOİK evdə "Səbail"ə 2:0, ikinci pilləni tutan "Sumqayıt-2" səfərdə "Neftçi-2"yə 2:1 gesabı ilə qalib gəlib. "Sabah-2" "Turan Tovuz"u darmadağın edib (3:0), "Zaqatala" "Şüvəlan"ı minimal hesabla üstələyib (1:0). "Qarabağ-2" - "Ağsu" oyununda hesab açılmayıb.

 

Qeyd edək ki, tursa abah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

13 mart

Sabah-2 - Turan Tovuz 3:0

Qollar: Mircəfər Əlizadə, 40. Emil Qasımov, 44-pen. Reza Bigdelo, 78.

 

Zaqatala - Şüvəlan 1:0

Qollar: Cavad Kazımov, 79.

 

Qarabağ-2 - Ağsu 0:0

 

Neftçi-2 - Sumqayıt-2 1:2

Qollar: Vüsal Əsgərov, 16 - Elvin Nəsibov, 5. İbrahim Əliyev, 47.

 

MOİK - Səbail-2 2:0

Qollar: Əli Sadıxov, 12. Raul Yaqubzadə, 44.


Digər xəbərlər

Xəbər xətti