Neymar cəzalana bilər

10:51 14 Mart 2019

UEFA-nın Nizam-İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarla bağlı intizam işi açıb.

 

Sportarena.az xəbər verir ki, buna braziliyalı hücumçunun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra İnstaqramdakı hesabında UEFA və hakimləri sərt sözlərlə təndiq etməsi səbəb olub.27 yaşlı hücumçu son dəqiqələrdə PSJ-nin qapısına təyin edilən penaltinin doğru olmadığını deyib:

 

“Bu rəzalətdir. UEFA VAR sisteminin başına epizodları incələmək üçün fuboldan başı çıxmayan 4 nəfər qoyub. O epizodda əllə oynama yox idi. Arxası dönmüş vəziyyətdə əllə necə oynamaq olar?”.

 

Xatırladaq ki, PSJ sözügedən penaltidən buraxdığı qol nəticəsində ÇL-də mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti