"Həmin an mübahisəyə səbəb ola bilərdi" - Samir Abasov

19:13 15 Mart 2019

"Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XXI turunda evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra söyləyib.

 

"Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq" deyə baş məşqçi bildirib.

 

Abasov ikinci hissədə Xulio Sezar Rodrigesin ardıcıl iki penalti zərbəsini qaçırmasına da münasibət bildirib. O, bunu psixoloji gərginliklə əlaqələndirib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara "zərbə" olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidi, dilini də başa düşmürsən. Həmin an mübahisəyə səbəb ola bilərdi. Pelantini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Şükür ki, oyundan qalibiyyətlə ayrıldıq".


Digər xəbərlər

Xəbər xətti