"Aydın məsələdi ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki "Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşmaları mənim üçün daha çox sevindiricidi. Onları bu xal münasibətilə təbrik edirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XXI turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı bərabərliyə razılaşdıqları oyundan sonra deyib.
Həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacaqlarını deyən baş məşqçi Elvin Camalovun əvəzlənməsinin səbəbini açıqlayıb: "Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha ağır olar. Elvin əsas heyət üzvlərimizdəndir, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı".
Qurbanov milli komandaya "Qəbələ"dən heç bir futbolçunun çağırılmamasına da münasibət bildirib: "Əlbəttə, bizi də təəccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun modelinə görə bu futbolçuları üstün tutub. Bütün yerli oyunçularımızı miliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Raif Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudu. İnanıram ki, futbolçularımız gələn oyunlara dəvət alacaqlar".
Çalışdırıcı zədəli olan oyislas Stankoviçin artıq fərdi məşqlərə başladığını və fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacağını bildirib.