Ramil Şeydayev doğum günündə fərqləndi: ardıcıl 3-cü oyunda 3-cü qol

00:19 16 Mart 2019

Rusiya Premyer Liqasında XX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" səfərdə "Anji" ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

63-cü dəqiqədə meydana daxil olan Ramil Şeydayev 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək oyunun yekun nəticəsini müəyyənləşdirib. Matçda birinci qol isə Azərbaycan əsilli Aleksandr Səmədovun ötürməsindən sonra vurulub.

 

Qeyd edək ki, bu gün 23 yaşını qeyd edən Ramil ardıcıl üçüncü oyunda qol vurub. 


Digər xəbərlər

Xəbər xətti