Bu gün "Neftçi” və "Bakı" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür.
Sportarena.az xəbər verir ki, bununla əlaqədar futbol ictimaiyyəti mərhumun məzarını ziyarət edib. Mərasimə AFFA nümayəndələri və İcraiyyə Komitəsinin üzvləri, Neftçi" rəsmiləri, veteran futbolçular, digər şəxslər qatılıb və B.Hacıyevi yad ediblər. Qəbirüstü abidənin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Böyükağa Hacıyev ötən il martın 16-da uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib.