"Qarabağ problemi milli məsələ kimi qarşımızda durur. Ona görə də "Qarabağ” futbol klubunun siyasi dəyəri var”.
Sportarena.az xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşdə "Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri və "Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib.
A.Gözəl bildirib ki, "Azersun Holding”in gəlirləri azalsa da, "Qarabağ” klubuna ödəmələr azalmayacaq. (report.az)