Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA rəhbərliyi AÇ-2020-in seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.