Millimizin heyətində dəyişiklik edildi

19:07 17 Mart 2019

"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq millimizin heyətində dəyişiklik edilib. 

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt” klubunun üzvü Aleksey İsayev zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Bu barədə AFFA-nın rəsmi saytı açıqlama yayıb. Onun əvəzinə yığmaya kimin dəvət olunacağı ilə bağlı əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, sözügedən qarşılaşmalar millimizin yeni baş məşqçi Nikola Yurçeviçlə ilk sınağı olacaq.


Digər xəbərlər

Xəbər xətti