Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı

15:17 18 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyunun hakimləri müəyyənləşib. 
 

Sportarena.az xəbər verir ki, matçı bolqarıstanlı hakimlər briqadası idarə edəcək.Baş hakim Georgi Kabakov olacaq.  Ona yan xətdə Martin Marqaritov və Divan Valkov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.


Xatırladaq ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti