“Ümid edirəm ki, bizim üçün uğurlu start olacaq. Hər iki matçda ən yaxşı oyunumuzu göstərə bilərik. Seçmə mərhələni ən yaxşı şəkildə bitirmək üçün Azərbaycan və Macarıstanla oyunlardan 6 xal götürməliyik”.
Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin futbolçusu Yosip Brekalo ğz ölkəinin mətbuatına deyib.Martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla keçiriləcək oyun haqda danışan “Volfsburq”un 20 yaşlı hücumçusu həmyerlisi Nikola Yurçeviçin millimizə təyinatına da münasibət bildirib: “Azərbaycan yığması ilə bağlı informasiyaları izləyirdim. Onlar yeni baş məşqçi axtarırdılar. İlk oyunda bizimlə qarşılacaqlar və bu üzdən xorvatiyalını milliyə gətirməklə hiyləgər addım atdılar. Nikola Yurçeviç Xorvatiya millisini yaxşı tanıyır, daim bizi izləyir və komandamızla bağlı bütün məlumatlar onda var. Amma keyfiyyət baxımından üstünlük bizdədi. Öz oyunumuzu oynaya bilsək, heç bir problem olmamalıdır”.
Qeyd edək ki, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.