"Azərbaycanın Xorvatiyanı büdrədəcəyini düşünmürəm" - Robert Prosineçkidən AÇIQLAMA

16:03 20 Mart 2019

Milli komandamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersoqvina yığmasının baş məşqçisi olan Robert Prosineçki açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmamızın sabah Xorvatiya ilə oyunu barədə fikirlərini bölüşüb. Xorvatiyalı mütəxəssis millimizin sona qədər mübarizə aparacağını deyib:

 

"Azərbaycan millisi mənim dönəmimlə müqayisədə çox az fərqlənir. Nikola Yurçeviç bir neçə dəyişiklik edəcək, ancaq tam əmin deyiləm. Buna baxmayaraq, bunu təxmin edirəm. 

 

Azərbaycan Xorvatiya üçün problemlər yarada bilər. Çox futbolçuları "Qarabağ"da oynayır. Bu komanda Çempionlar Liqası və Avropa Liqasında müntəzəm iştirak edir. Milliyə dəvət alanların çoxu Azərbaycanın top komandalarında çıxış edirlər. "Neftçi" də çox yaxşıdır. Komandanın özəyini yerli çempionatdakı futbolçular təşkil edir.

 

Azərbaycanlı futbolçular Zaqrebdə bütün güclərini ortaya qoyacaqlar. Onlar döyüşçüdür və son dəqiqəyə kimi savaşdan çəkilməyəcəklər. Lakin Xorvatiyanı büdrədəcəklərini düşünümürəm. Xüsusilə də, "Maksimir" stadionunda. Ancaq nəticə əldə etmək üçün sona qədər mübarizə aparacaqlar.

 

Onlar sürətlidirlər və birə-bir mübarizələrdə yaxşıdırlar. Ancaq Xorvatiya ilə eyni səviyyədə deyillər. Azərbaycan üçün çətin olacaq. 

 

Nikola Yurçeviç Azərbaycana getməmişdən öncə danışmışdıq. Bir müddətdir ordadır".

 

Xorvatiya - Azərbaycan oyunu martın 21-i Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti