“Ən önəmlisi səbirli olmaq və üç xal qazanmaqdır” - Xorvatiyanın baş məşqçisi

01:21 21 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya millisi Azərbaycanı qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, Xorvatiyanın baş məşqçisi Zlatko Daliç oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

 

- Millətlər Liqasından sonra bu yarış tam fərqlidir. Rəqibin oyununa baxmamışam. Yalnız Millətlər Liqasındakı matçlarını izlədik. Ancaq hər şey özümüzdən asılıdır. Rəqiblər "Maksimir"ə müdafiədə diqqətli, əks-hücumlarda təhlükəli oynamağa gəlirlər. Necə cavab verəcəyimiz üçün hazır olmalıyıq. Ən önəmlisi səbirli olmaq və üç xal qazanmaqdır. Gözəl gecə olacaq və 3 xal qazanacağımıza inanıram. 
 
- Rəqib Azərbaycan və yenə də baş məşqçisi xorvatiyalı. Fikirləriniz necədir?

- Xorvat yox, başqa məşqçi olsaydı daha sevincli olardım. Nikola Yurçeviçə məşqçi kimi heyranam. Dəqiq bir şey var ki, işimizi çətinləşdirəcək. Bütün oyunçuları tanıyır və uzun müddət yığmada Slaven Biliçin köməkçisi olub. Ondan gizlədəcəyimiz nəsə yoxdur. Başqası olsaydı, daha yaxşı olardı.

 
- Sabah qapıda kimə şans verəcəksiniz: Dominik Livakoviçə, yoxsa Lovre Kaliniçə?

- Hər şeyi müəyyən etmişik. Sabah görəcəksiniz. 

 
- Azərbaycana qarşı necə hazırlaşmısınız?

- Hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Ancaq buna görə narahat olmağa dəyməz, dünyanın ən yaxşı komandalarından biriyik, lakin rəqiblərə də hörmət edirik. Rusiyadakı oyunumuzu dəyişməyə məcburuq. Daha çox topla oynamalı, hücumlar etməli və nəzarəti əldə saxlamalıyıq. Bu matçdan 3 gün sonra Budapeştdə Macarıstanla ağır oyuna çıxacağıq. Növbəti oyuna böyük stress yaşamadan keçmək istəyirik. Asan olmayacaq, ancaq özümüzə inanırıq.


Digər xəbərlər

Xəbər xətti