AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya millisi Azərbaycanı qəbul edəcək.
Sportarena.az xəbər verir ki, Xorvatiyanın kapitanı Luka Modriç oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb:
"Əlbəttə, Azərbaycan münasib rəqib deyil. İlk dəqiqələrdən ciddi olmasaq, rəqib bizə şanssız komanda ola bilər. Bakıdakından daha güclü Azərbaycan yığması gözləyirəm. Onlar döyüşkən komanda kimi tanınırlar və heç vaxt təslim olmazlar. Sabah da belə olacaq. Ancaq azarkeşlərin böyük dəstək göstərəcəyinə inanıram. Motivasiya üçün xüsusi səbəb lazım deyil. Çünki komandadakı hər oyun bizi motivasiya edir. Səbəb isə möhtəşəm azarkeşlərimizi xoşbəxt etməkdir".